Xəbər lenti

Minaya düşən azərbaycanlılarla bağlı yeni xəbərlər
Ölkə16:06 03.05.2013

Minaya düşən azərbaycanlılarla bağlı yeni xəbərlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan MN: Qazax istiqamətində neytral ərazidə minaya düşən şəxs yaralı olsa da, ermənilər onu əzab və işgəncə ilə öldürüblər

Azərbaycan Müdafiə Nazirliyi son vaxtlar Qazax rayonu istiqamətində neytral ərazidə minaya düşərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı maraqlı faktı aşkarlayıb.

APA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində keçirdiyi mətbuat konfransında bildirib ki, nazirliyin əldə etdiyi məlumata əsasən, Qazax rayonu istiqamətində neytral ərazidə minaya düşən vətəndaşlardan biri yaralı olsa da, ermənilər onu əzab, işgəncə ilə öldürüblər.

Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində ehtiyatsızlıqdan baş verən ölüm halları ilə bağlı sualı cavablandıran E. Sabiroğlunun sözlərinə görə, Azərbaycan ordusunda hər şeyin ideal səviyyədə olduğunu iddia etmək olmaz: “Hazırda bütün tədbirlər orduda vəziyyətin daha da yüksəldilməsinə və inkişafına xidmət edir. Bununla yanaşı, ehtiyatsızlıqdan baş verən cinayət hallarına görə məsuliyyət daşıyanlar öz layiqli cəzalarını alırlar”.  

Qaynar.info