Xəbər lenti

Minaya düşən Qazax sakini dəfn edildi
Ölkə13:54 08.04.2013

Minaya düşən Qazax sakini dəfn edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabir Kərimovun meyidi ailəsinə təhvil verilib.

Ermənistanla həmsərhəd ərazidə minaya düşmüş Sabir Kərimovun meyidi artıq ailəsinə təhvil verilib. Anspress-in məlumatına görə uzun müddətdir ərazidə qalan meyidi vəhşi heyvanlar didişdirdiyindən və artıq iyləndiyindən o bugün səhər saat 10 radələrində mərhumun yaşadığı Xanlıqlar kənd qəbristanlığında torpağa tapşırılıb. Qazax rayon prokurorluğunun əməkdaşları da hadisə ilə bağlı ərazidə olduqları zaman qarşı tərəfin atəşinə məruz qalıblar. 

Meyidin xarici və daxili müayinəsinin aparıldığını deyən müstəntiq Qasım Ağayev hazırda məhkəmə ekspertizasının rəyini gözlədiklərini söyləyib. Xatırladaq ki, Qazax rayon Xanliqlar kənd sakini Sabir Kərimov 2 aprel tarixində evdən göy-göyərti yığmaq adı ilə çıxıb və geri qayıtmayıb. Yaxınlarının bildirdiyinə görə, o meşədən topladığı göy-göyərtini sataraq ailəsini dolandırırmış.

Qaynar.info