Xəbər lenti

Minəxorlu kəndində qızıl tapılıb? - AÇIQLAMA
Ölkə13:02 16.08.2016

Minəxorlu kəndində qızıl tapılıb? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Minəxorlu kəndində nəinki qızıl tapılmayıb, bu kənddə ümumiyyətlə, Gülməmməd Piriyev adlı adam yaşamır". 

Bu sözləri Qaynarinfo.Az-a Ağcabədi rayonunun Minəxorlu kənd bələdiyyəsinin sədri Ədalət Mənsimov deyib. 

"Bizim kənddə Gülməmməd Həsənov adlı bir qoca kişi var, onun da hardasa 85-90 yaşınandır, əkinçiliklə məşğul olacaq yaşda deyil", deyə bələdiyyə sədri əlavə edib.

Qeyd edək ki, mətbuatda Ağcabədinin Minəxorlu kəndində Gülməmməd Piriyev adlı bir nəfərin qızıl sandıqçası tapması barədə xəbər yayılıb. Xəbərdə deyilir ki, kəndlinin tapdığı qızıl rayon İcra Hakimiyyətinə təhvil verib. 

Qızılgül

Qaynarinfo.Az