Xəbər lenti

Mingəçevir teatrının direktoru polisə çağırıldı - QALMAQAL
Ölkə07:20 13.02.2016

Mingəçevir teatrının direktoru polisə çağırıldı - QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevir Dövlət Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir. Ölkə.az-ın əldə etdiyi məlumata görə, teatrın direktoru Səxavət Məmmədov bir neçə gün öncə Mingəçevir Şəhər Polis İdarəsinə çağırılıb. 
Direktorun polisə çağırılmasının səbəbi isə iki nəfərin (hələlik adlarını qeyd etmirik-red.) "kitabxanaçı" adı ilə dram artisti ştatına götürülməsi və hələlik tam dəqiqləşdirilməyən digər məsələlərdir. Hətta şəhər polis idarəsinin rəis müavini məsələ ilə bağlı teatrda olub.
Məlumatda bildirilir ki, Səxavət Məmmədov aktyorların gözü qarşısında truppa müdiri Könül Hacıyevanı danlayıb, hətta ona qeyri-etik ifadələr işlətməkdən belə çəkinməyib. Aktyorlardan birinin əməkdaşımıza bildirdiyinə görə, K.Hacıyeva iki gün öncə baş verən hadisədən sonra işdən çıxmaqla bağlı ərizə yazıb və dünən işə getməyib.
Qaynar.info