Xəbər lenti

Mingəçevirdə 4 nəfər qarpızdan zəhərlənib
Ölkə17:54 10.08.2019

Mingəçevirdə 4 nəfər qarpızdan zəhərlənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevirdə bir ailənin 4 üzvü qarpızdan zəhərlənib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə Günəş küçəsi 84 ünvanında baş verib.
Belə ki, süfrə başında qarpız yeyən bir ailənin 4 üzvünün halı pisləşib və zəhərləndikləri məlum olub. Zəhərlənən şəxslər - 1960-cı il təvəllüdlü Şərifov Eldar Şərif oğlu, 1987-ci il təvəllüdlü Şərifova Tünzalə Arif qızı, 1966-cı il təvəllüdlü Şərifova İlhamə Fariz qızı və 1937-ci il təvəllüdlü Fəridə Kərimova dərhal xəstəxanaya yerləşdirilib.