Xəbər lenti

Mingəçevirdə ağır yol qəzası: ölən var
Ölkə17:52 15.03.2015

Mingəçevirdə ağır yol qəzası: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə təqribən saat 19.30 radələrində, şəhərin N. Nərimanov prospektində qeydə alınıb.
Sürətlə hərəkət edən VAZ-21015 markalı avtomobil dönmə əməliyyatını düzgün yerinə yetirmədiyindən bordurlara çırpılıb.
Nəticədə avtomobili idarə edən Mingəçevir şəhər sakini Allahverdi Abbasov hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.
Qaynar.info