Xəbər lenti

Mingəçevirdə avtobus qəzası: çox sayda ölən və yaralananlar var
Ölkə07:54 25.03.2015

Mingəçevirdə avtobus qəzası: çox sayda ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Mingəçevirdə ağır yol qəzası baş verib.  Mingəçevir rayon polis şöbəsindən anspress-ə verilən məlumata görə, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb.
Zərbənin təsirindən avtobus aşıb. Qəza zamanı 3 nəfər ölüb, 10 nəfərdən çox adam yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlar əməkdaşları, xilasedicilər və həkimlər cəlb olunub.
İlkin məlumata görə, hadisəyə sərnişin avtobusunun yüksək sürətlə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info