Xəbər lenti

Mingəçevirdə dini təbliğ edənlər saxlanıldı
Ölkə07:56 21.07.2014

Mingəçevirdə dini təbliğ edənlər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mingəçevir şəhərində dini təriqətlə məşğul olan şəxslər saxlanılıb.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bir neçə şəhər sakinin “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri bəlli olub.

İyulun 19-da Mingəçevir şəhərinin ərazisində Səkinə Nəcəfova və Elçin Bəkirov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün saxlanılıblar. 

Onların barəsində inzibati protokol tərtib olunub.

Qaynar.info