Xəbər lenti

Mingəçevirdə həkim qadının qarnında tənzif unutdu, cinayət işi açıldı
Ölkə12:47 28.02.2023

Mingəçevirdə həkim qadının qarnında tənzif unutdu, cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb.
Bu barədə Qaynarinfo-ya Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.
Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.