Xəbər lenti

Mingəçevirdə yanğın - Xəsarət alanlar var
Ölkə05:34 25.03.2021

Mingəçevirdə yanğın - Xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.
Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.