Xəbər lenti

Mingəçeviri su basdı
Ölkə16:12 04.07.2013

Mingəçeviri su basdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevirdə yaşayış evlərini, həyətyanı sahələri və yolları palçıqlı su basıb.

Mingəçevir şəhərinə ötən gecə yağan leysan yağışlar bir sıra fəsadlar törədib. Onlarla fərdi yaşayış evini və həyətyanı sahələri palçıqlı su basıb.

Şəhərin "Günəşli" bağlar massivinə daha çox ziyan dəyib. Kanalizasiya xətləri palçıqla dolub. Sakinlərin saxladıqları toyuq-cücə, əkdikləri tərəvəz məhsulları məhv olub. Bəzi həyətyanı sahələrin ətrafina çəkilən hasarlar uçub.

Yolların palçıqlı olması səbəbindən avtomobillərin hərəkətində problemlər yaranıb. Fəsadların aradan qaldırılması üçün gecə saatlarından lazımi tədbirlərin görülməsinə başlanıb.

Qaynar.info