Xəbər lenti

Mingəçevirin polis rəisi: "Mənim də səhvim olub" - Özəl
Ölkə08:30 23.08.2015

Mingəçevirin polis rəisi: "Mənim də səhvim olub" - Özəl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aksiya zamanı 10 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb". Bu sözləri Qaynar.info-ya Mingəçevir şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov deyib. 
O haqqında səslənən ittihamların həqiqətə söykənmədiyini bildirib: "Deyirlər ki, Mingəçevirdə rəis olduğum müddətdə 4 ölüm hadisə olub. Əgər belə bir hal baş versəydi indi məni çoxdan işdən çıxarmışdılar. 10 il əvvəl burada belə bir olay baş verib, ona görə də 3 nəfər polis həbs olunub".
Ə.Bədəlov onu da deyib ki, Bəhruz Hacıyevin ölümünə görə Cinayət Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq cinayət işi başlanılıb: “7 dəfə mərhumun atası şöbədə olub. Yenə gəlsə qəbul edəcəyik. Bütün tələblərinə də əməl etmişik. Ekspertin dəyişdirilməsini istəyib, başqa yerdən gətirmişik. Bəhruz Hacıyevin şöbəyə gətirilməsilə bağlı video görüntüləri onlara göstərmişik, şöbənin içərisindəki kameralar yalnız nəzarət üçündür, qeyd etmir. Ancaq bayırda olan görüntülərlə tanış etmişik. Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırda saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, işçilərimi nəzarətsiz buraxmışam”.
Ramin Deko
Qaynar.info