Xəbər lenti

Minik avtomobili yük maşınının altına girdi: ölən var
Ölkə06:11 24.08.2013

Minik avtomobili yük maşınının altına girdi: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Astara rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi İlqar Rəhimzadənin APA-ya verdiyi məlumata görə, hadisə avqustun 23-də saat 18.00 radələrində Ələt-Astara magistralının 230-cu kilometrliyində - rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb.
 Astara rayon sakini, 30 yaşlı Oqtay Asəf oğlu Məlikovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və İran İslam Respublikasının vətəndaşı, 50 yaşlı Piruz Hüseynbala oğlu Ruhizadənin idarə etdiyi "Volvo” markalı yük maşınının altına girib. Nəticədə "VAZ-2106"nın sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə briqadası cəlb olunub. Xilasedicilərin səyləri nəticəsində deformasiyaya uğramış VAZ-2106 markalı avtomobil "Volvo”nun altından çıxarılıb.
 İlkin versiyaya əsasən, qəzaya səbəb VAZ-2106 markalı maşının yüksək sürətlə hərəkət etməsi olub.
 Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Qaynar.info