Xəbər lenti

Minik maşını "Təcili yardım"la toqquşdu: 7 yaşlı uşaq öldü - Füzulidə
Ölkə12:08 27.08.2018

Minik maşını "Təcili yardım"la toqquşdu: 7 yaşlı uşaq öldü - Füzulidə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, Beyləqan-Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə "Təcili yardım" maşını toqquşub. 
Qəza nəticəsində "Təcili yardım" avtomobili yolun qırağındakı çökəkliyə düşüb, "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.
Digər iki sərnişin - 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.
Polis faktla bağlı araşdırma aparır.