Bu gün Xaçmaz şəhərində minik avtomobili yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 44 BG 312 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomaşının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin maşını cəlb olunub.
Yanğın qısa zamanda söndürülüb. Hadisə zamanı maşında heç kim olmayıb. Faktla bağlı araşdırma aparılır.