"Azərbaycan
bu gün artıq beynəlxalq hüquqa, vastəçilərə güvənmir, özünə, ordusuna, Ali Baş
Komandanına güvənir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O
bildirib ki, bu gün Azərbaycan ordusu həm də beynəlxalq hüququn tələblərini
yerinə yetirir:
"Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi ilkin mərhələdə - 1993-cü ildə BMT Təhlükəsizlik
Şurası erməni işğalçı qruplaşmalarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz
çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdi və onların heç biri həyata keçirilmədi.
Halbuki onların reallaşdırılması imkanları var idi. Bu gün biz digər
regionlardakı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra
olunması ilə bağlı konkret mexanizmlərin qurulduğunu və bu qətnamələrin yerinə
yetirildiyinin şahidiyik. Azərbaycana münasibətdə isə əksi baş verdi. Ona görə
də bu gün Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı
davasında böyük zəfərlər qazanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul
etdiyi qətnamələrin icrasını həyata keçirir. Ona görə də mən düşünürəm ki, bu
da bir növ BMT-nin nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələr icra olunmamış qalmışdı. Bu gün Azərbaycan
ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda,
beynəlxalq hüququn tələblərini yerinə yetirir. Buna paralel olaraq həm də BMT
nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu təmin
edir ki, bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərararası
münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar
kontekstində haqlı addımlardır, təqdir olunmalıdır və olunur”.
Deputat
qeyd edib ki, ötən müddət ərzində Azərbaycan öz suveren ərazilərini bərpa etmək
üçün hüquqi bazanı bir qədər genişləndirib və onu hansısa hüquqa əsaslanaraq,
ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını istər beynəlxalq təşkilatlardan,
istər erməniləri, işağlçılığı himayə edən dövlətlərdən alıb:
"Azərbaycan
ötən illər ərzində hüquqi müstəvidə və qlobal ictimai rəydə haqlı olduğunu o qədər
dəqiq və əsaslı şəkildə bütün subyektlərin diqqətinə çatdırıb ki, indi heç kəs
Azərbaycanın bu addımlarını qınaya bilmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi
üzvü var və faktiki olaraq onlardan 3-ü problemi həll etmək üçün mandat almış
ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun
həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa ötən illər ərzində
problemin həll ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər. Yəni, Minsk Qrupunun
fəaliyyəti uğrusuz oldu. 28 ildə, 1992-ci ildən bu günə qədər heç bir uğur əldə
edə bilməyən bir qurumun fəaliyyəti əslində fiasko hadisəsəidir. Azərbaycan
Ordusunun öz torpaqlarını işğaldan azad etməsi isə sırf milli kontekstdə bizim
üçün böyük qürur, milli özünəinam, ordumuza güvən hadisəsidir. Ona görə də BMT
Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması əslində bizi
hazırkı addımları atmağa məcbur etdi”.
Bahar
Rüstəmli
Şərhlər