Xəbər lenti

"MİQ-29"un “qara qutu”su zədələnib - Ukraynadan mütəxəssislər dəvət edildi
Ölkə10:15 20.08.2019

"MİQ-29"un “qara qutu”su zədələnib - Ukraynadan mütəxəssislər dəvət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsinin "qara qutu”sunu tədqiq etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunub.
Bunu "Yeni Sabah”a bu gün nəşi tapılan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.
Onun sözlərinə görə "qara qutu”nun bəzi hissələri zədələnib.
"Zədələnmiş hissələr bərpa ediləndən sonra "qara qutu” tədqiq ediləcək. O zaman hadisənin səbəbləri barədə fikir söyləmək olar”,- deyə keçmiş müşavir bildirib.