Xəbər lenti

Miqrant uşaqlar Hacı Zeynalabdin Tağıyevin ev muzeyində... (FOTO)
Ölkə17:00 14.10.2023

Miqrant uşaqlar Hacı Zeynalabdin Tağıyevin ev muzeyində... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyələşdirdiyi "Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” mövzusundakı layihə çərçivəsində 14 oktyabr 2023-cü il tarixində növbəti tədbirini reallaşdırıb. Layihənin fəaliyyət planına uyğun olaraq 15 nəfərdən ibarət əksəriyyətli Pakistandan olan miqrant uşaqların Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiyası təşkil olunub. 
Ekskursiya zamanı miqrant uşaqlara Azərbaycanlı xeyriyyəçisi və milyonçu olan Hacı Zeynalabdin Tağıyevin ömür yolu – uşaqlıq illəri, 10 yaşında ikən bir bənnan yanında usta köməkçisi kimi əmək fəaliyyətinə başlaması, 12 yaşına çatanda artıq daş yonmağı bacarması, 15 yaşında isə artıq bənnalıq etməyə başlaması, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlaması, sonradan özünü ticarətdə və yüngül sənayedə, daha sonra isə neft sənayesində sınaması və hər birində də xüsusi bacarığı və zəhmətkeşliyi ilə uğur qazanması ilə bağlı geniş məlumatlar verilmişdir. 
Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti – onun yaşadığı dövrdə Azərbaycanın elminə, təhsilinə, səhiyyəsinə, sosial rifahına göstərdiyi müstəsna xidmətləri ilə bağlı da ətraflı məlumatlar verilib. XX əsrin əvvəllərində Pakistanda yerli əhali arasında kütləvi pandemiya yayıldığı və bu ağır xəstəlikdən kutləvi şəkildə ölüm hallarının olduğu bir dönəmdə Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına 300 min ampula peyvənd alıb Pakistana göndərməsi və bununla da pandemiyanın qarşısını almağa kömək etməsi ilə bağlı verilən məlumatlar pakistanlı miqrant uşaqlar üçün xüsusi maraq doğurmuşdur. Tədbirin sonunda miqrant uşaqları maraqlandıran suallar cavablandırılmışdır.