"Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyələşdirdiyi "Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” mövzusundakı layihə çərçivəsində 23 sentyabr 2023-cü il tarixində növbəti tədbirini keçirib.
"Hürriyyət” qəzetinin akt zalında baş tutan tədbir miqrant uşaqlar və onların ailə üzvləri üçün hüquqi konsultasiyaya həsr olunub.
Tədbir zamanı 15 nəfər miqrant uşaqlar və onların bir çoxlarının valideynləri iştirak ediblər. Məruzəçi hüquqşünas Taliyət Əliyev miqrantların hüquq və azadlıqlarının beynəlxalq hüquq normaları, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və milli qanunvericilik ilə qorunduğu barədə geniş məlumat vermiş, eyni zamanda miqrant uşaqların problemlərinin dövlətimiz tərəfindən diqqətdə saxlanıldığını bildirib.
Tədbir zamanı miqrant uşaqların və onların ailə üzvlərinin Azərbaycanda üzləşdikləri hüquqi problemlər öyrənilmiş və beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq onların problemlərinin həlli istiqamətində izahat işi aparılmışdır. Tədbirin sonunda miqrant uşaqların və onların ailə üzvlərinin sualları cavablandırılmış və tədbir çay süfrəsi ilə yekunlaşmışdır.