Xəbər lenti

Miqrantlarla yerlilər arasındakı davaya görə 60 nəfər tutuldu - VİDEO
Ölkə06:24 28.09.2013

Miqrantlarla yerlilər arasındakı davaya görə 60 nəfər tutuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın paytaxtı Moskvanın Kapotnya rayonunda miqrantlarla yerlilər arasındakı davaya görə, 60-a yaxın adam saxlanılıb.

Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.

Moskva polisindəki mənbə bildirib ki, yerli vaxtla saat 20.24-də (Bakı vaxtı ilə 21.24) yataqxanada dava düşməsibarədə məlumat daxil olub.Məlum olub ki, müxtəlif təşkilatlarda fəhlə kimi işləyənlərin yaşadığı yataqxanaya 30-a yaxın gənc gəlib və Moskvada qeydiyyatsız yaşayanları üzə çıxarmaq istədiklərini bildirib. Nəticədə tərəflər arasında dava düşüb. Moskvada qeydiyyatsız yaşayalardan biri travmatik silahdan bir neçə dəfə atəş açıb.

Saxlanılaraq polis şöbəsinə aparılan 60 adamdan 47-si yataqxanada yaşayan işçilərdir.

Qaynar.info