Xəbər lenti

Miqren ağrılarnız kəsmirsə, bunları edin!
Ölkə06:46 07.12.2016

Miqren ağrılarnız kəsmirsə, bunları edin!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Miqren deyincə ağla dərhal baş ağrısı gəlir, amma migren yalnız baş ağrısı deyil. Adətən hücumlar halında gələn bir baş ağrısı növüdür. Hücumlar 4 saatdan 72 saata qədər davam edə bilər. Əvvəllər “sadə bir baş ağrısı tipi” olaraq görünən migren, artıq hal-hazırki dövrdə nevroloji xəstəlik olaraq qəbul edilməkdədir .

Qaynarinfo.Az migren ağrılarınından qurtulmağın yollarını araşdırıb.

Ağrı kəsicilərdən düzgün istifadə edin: Başı ağrıları başlayan kimi dərhal bir ağrı kəsici dərman qəbul edin. Əgər bu ağrı bir migren ağrısıdırsa və ayda ortalama 4-5 ədəddən çox ağrı kəsici qəbul olunursa, migren ağrıları zamanla daha da şiddətlənir və hücum sıxlığı artırır.

Çünki ağrı kəsicilərdən tez-tez istifadə edildikdə beyindəki ağrı mərkəzlərinin həssaslığı artır. Belə olan halda ilk nevrologiya mütəxəssisinə müraciət etmək lazımdır. Əgər migren diaqnozu qoyularsa, ağrı kəsici dərmanlarınızı yalnız həkim məsləhətinə görə istifadə edin.

Miqren gündəliyi tutun: Gündəliyə hər gün nizamlı olaraq nə yeyib içdiyinizi, qorxu və stress kimi qıcıqlandırıcı faktorlara məruz qalıb, qalmadığınızı, neçə saat yuxu yatdığınızı və hansı idmanı nə qədər müddətə etdiyinizi qeyd edin.

Ayrıca ağrının sıxlığı, müddəti, yeri, xarakteri kimi məlumatlarla yanaşı istifadə etdiyiniz dərmanları da yazın. Bu nizamlı qeydlər sayəsində həm ağrınızı tətikləyən faktorları daha yaxşı tanıyacaq, həm də müalicənizin effektli olmasında özünüzə kömək etmiş olacaqsınız.

Yuxu nizamınızı dəyişdirməyin. Məsələn bəzi insanlar yuxusuz qalanda, bəziləri isə tam əksinə çox yatdıqlarında migren hücumuna məruz qalırlar.

İdman edin və yemək saatlarına diqqət edin. Nizamlılığı pozmamağa çalışın. Rəqs, meditasiya edin. Spirtli içkilərdən eyni zamanda kofe və qara çaydan uzaq durun.

Qaynarinfo.Az