Xəbər lenti

Mirqafar Seyidovun vəzifəsi məşhur generalın xalası oğluna həvalə olundu
Ölkə08:44 06.02.2022

Mirqafar Seyidovun vəzifəsi məşhur generalın xalası oğluna həvalə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.

Qaynarinfo "manset.az"a istinadən xəbər verir ki, bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.

Nəriman İmanov təcrübəli polis zabitlərindən biridir. O Nərimanov, Masallı, Sumqayıt Şəhər Polis İdarələrinin rəisi vəzifələrində çalışıb. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum polis generalı Rasim Musayevin xalası oğludur.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.