Xəbər lenti

Mirqədirovun şikayətinə baxılacaq
Ölkə12:11 19.05.2014

Mirqədirovun şikayətinə baxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Dövlətə xəyanət ittihamı ilə tutulmuş jurnalist Rauf Mirqədirova MilliTəhlükəsizlik Nazirliyinin təcridxanasında yaxınları ilə görüşmək,telefonla danışmaq, istədiyi qəzeti əldə etmək qadağasının götürülməsiüçün məhkəməyə edilən müraciət qəbul olunub.

Vəkil Elmar Süleymanov“Media forum” saytına bildirib ki, şikayətə mayın 27-də Səbail RayonMəhkəməsində baxılacaq: “Prosesə hakim Azər Tağıyev sədrlik edəcək”.

Elmar Süleymanov əlavə edib ki, üç həftədən çoxdur heç bir istintaq hərəkəti aparılmır.

Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradandeportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalistiMTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanınxüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittihamolunur.

Cinayət işini Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyininəməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb araşdırır.

Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri iləbirgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrləErmənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistanlayihələrinə qatılıb.

Qaynar.info