Xəbər lenti

Mirşahin: “Xədicə İsmayılla Leyla Yunusu tanımıram” - VİDEO
Ölkə07:43 13.05.2014

Mirşahin: “Xədicə İsmayılla Leyla Yunusu tanımıram” - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev jurnalist Xədicə İsmayıl və hüquq-müdafiəçisi Leyla Yunusun onlardan müsahibə almağa çalışan “ANS” müxbirinin ünvanına səsləndirdiyi ifadələrə münasibət bildirib.

Virtualaz.org-un xəbərinə görə, vitse-prezident “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin videogörüntü ilə bağlı geniş şərhə ehtiyac duymur: “Mən Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımadığım üçün şərh verməyim də düzgün olmazdı”.

Xatırladaq ki, həmin video-görüntüdə Leyla Yunus istehza ilə  ANS-in mikrofonunu göstərərək “mən də elə bildim siz jurnalistsiniz” ifadəsini işlədib, Xədicə İsmayıl isə müxbirə müraciət edərək həmin kanalda işləməyin ayıb oluğunu bildirib.

Qaynar.info