Yazıb-oxuya bilməyən Danabaş kəndi... Yazıb-oxumağı öyrəndikdən sonra...yazıb-oxumağı yox, yazıb-oxuyanlarla hansı dildə danışmağı öyrəndi və Danabaş kəndinin dəyərlərini yazıb-oxumağa çevirmək fürsəti qazandı.
Xudayar bəy kəndxuda oldu. Xudayar bəyin istəyi nə ola bilərdi: Məhəmmədhəsən əminin eşşəyini satmaq, "...evlənə bilmək", özünü "bəy"olaraq görmək və cağırtdırmaq...Vəssalam.
Və başlandı.
Mirzə Cəlil Danabaş kəndini yazanda dünyada Osmanlı, Qacar, Biritaniya, Almaniya, Rusiya kimi imperiyalar var idi. O zamanın Azərbaycanında isə bu imperiyaların beyin mərkəzləri ilə eyni müstəvidə düşünə biləcək "...oğlu"lar və "ov"ların mücadiləsi "dünənə qədər yazıb-oxumaq bilməyən millətdən bu adamlar necə oldu ki, formalaşdı" sualına cavab tapa bilmirdi.
Yazıb-oxumaq öyrədənlər mağara tikərkən, "oğlu"lar və "ov"lar pəncərələr açırdılar.
Yazıb-oxumaq öyrədənlərin fanarları fasilələrlə yansa da, pəncərələrdən günəş və ay işığı o fanarların saxta oluğunu anladırdı.
Bəli, bəli Xudayar bəy kəndxuda oldu, ancaq Məhəmmədhəsən əmi heç vaxt Kərbəlaya gedə bilmədi. Bu dəfə Xudayar bəyin istəyi böyümüşdü: bütün Azərbaycanı Danabaş kəndi kimi görmək... Gördümü?
Azərbaycanı dünyanın parçası kimi görmək istəyənlərin qarşısına yenə Xudayar çıxarılmışdı.
Və bitdi.
Artıq düşünmə sərhədləri bəlli idi: hər kəs Danabaş kəndinin fikir fabrikindən çıxacaq dəyərlərlə düşünürdü.