Xəbər lenti

Mirzə Cəlil "Sovetski"də tək qaldı - FOTO/VİDEO
Ölkə19:00 18.01.2015

Mirzə Cəlil "Sovetski"də tək qaldı - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının qədim məhəllələrindən bir olan "Sovetski"də söküntü işləri davam edir. Qədim evlər, məhəllə-məhəllə sökülür, insanlar köçürülür, lakin arxitektur əhmiyyəti olan binalar tarixi abidə kimi qorunub saxlanır. 
Belə binalardan biri də Azərbaycanın tanınmış satırik yazarı, "Molla Nəsrəddin" jurnalının baş redaktoru Cəlil Məmmədquluzadənin ev muzeyidir. Binanın bir əsrdən çox yaşı var. Bu tarixi abidəni XIX əsrin sonunda Bakı milyonçularından olan Şəmsi Əsədullayev tikdirib. 1921-ci ildə Təbrizdən Bakıya qayıdan C. Məmmədquluzadə məhz bu evdə yaşayır. Bu evi isə ona o zaman Azərbaycanın rəhbər şəxslərindən biri olan Nəriman Nərimanov bağışlayır. Binanın Mirzə Cəlildən sonrakı taleyi necə olur? Evdə M. Cəlilin hansı əşyaları saxlanır? Bu haqda ev muzeyinin elmi işçisi Yeganə Məmmədova danışır.//musavat.com
Qaynar.info