
Tanınmış satirik yazar Mirzə Sakitin övladı Ülviyyənin toyu olub.
Mirzə Sakit toyda iştirak edə bilməsə də, skayp vasitəsi ilə övladına xeyir-dua verib, gələn qonaqları salamlayıb.
Sabiq baş nazir Pənah Hüseyn, Daxili işlər naziri İsgəndər Həmidov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, onun müavini Xəzər Teyyublu, musavat.com portalının redaktoru Xalid Kazımlı, tanınmış yazar Şahvələd Çobanoğlu, Müsavatın Səbayel təşkilatının sədri Razi Əmiraslanlı, Müsavat Lənkəran təşkilatının sədri Yadigar Sadıqlı, müsavatçılar, qohumlar toyda iştirak ediblər.
Qonaqlar evlənənlərə - Ülviyyə xanıma və Rauf bəyə, onların valideynlərinə gözaydınlığı veriblər. Mirzə Sakit Skayp vasitəs ilə bir neçə dəfə düyünə qatılaraq, ürək sözlərini deyib, şeir oxuyub. Çıxışlarının birində o, Müsavat başqanını da oğlunun toyu münasibətilə təbrik edib. O deyib ki, Müsavat xalqın yeganə dayağıdır.