Xəbər lenti

Mirzə Xəzərə orden verilsin... – İsa Qəmbərdən təklif
Ölkə09:20 03.02.2020

Mirzə Xəzərə orden verilsin... – İsa Qəmbərdən təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mirzə Xəzər "Şərəf”, "Şöhrət”, hətta "İstiqlal” ordeninə tam layiqdir”. 
Qaynarinfo xəbər verir ki, bu təklifə İsa Qəmbər çıxış edib. O, qeyd edib ki, azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzərə ölümündən sonra da olsa bu ordenlər verilməlidir:
"Mirzə Xəzər vəfat etdi... Azərbaycanımızın səsini dünyaya çatdırmaqda misilsiz xidmətləri olan, xüsusən 1990-cı il yanvar hadisələrində xalqımızın yanında olan, informasiya blokadasını buzqıran gəmi kimi yaran bu böyük insanı heç bir zaman unutmayacağıq. Məncə, Mirzə Xəzər sağa-sola gen-bol paylanan ordenlərin hər birinə - "Şərəf”, "Şöhrət”, hətta "İstiqlal” ordeninə tam layiqdir. Heç olmasa ölümündən sonra verilə bilər”.
İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyəti olaraq 1990-cı ildə Mirzə Xəzərin milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görüldüyünü də qeyd edib.
Bahar Rüstəmli