Xəbər lenti

Misir Mərdanov da Sumqayıta gedir
Ölkə15:27 17.04.2013

Misir Mərdanov da Sumqayıta gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında yaşayan vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, aprelin 20-də saat 10:00-da təhsil naziri Misir Mərdanov Sumqayıt Şəhər Təhsil Şöbəsində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Abşeron və Xızı rayonlarında, Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qaynar.info