
Sabiq təhsil naziri: AMEA prezidentliyinə namizədliyi məsələsinə aydınlıq gətirib.
Sabiq təhsil naziri Misir Mərdanov AMEA prezidentliyinə namizəd olmadığını açıqlayıb. Misir Mərdanov anspress-ə açıqlamasında belə bir şeyin qətiyyən mümkün olmadığını bildirib: "Bu qətiyyən mümkün deyil".
Sabiq nazir ona yeni vəzifə verilməsi məsələsinə də aydınlıq gətirib. "Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə hər şeyi biləcəksiniz", - deyə Misir Mərdanov bildirib.
Xatırladaq ki, Misir Mərdanov aprelin 19-da prezidentin sərəncamı ilə iatefaya göndərilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib.
Qaynar.info