Xəbər lenti

Misir Mərdanovun xalası oğlu işdən çıxarıldı
Ölkə09:19 04.09.2014

Misir Mərdanovun xalası oğlu işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir Mərdanovun xalası oğlu, Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov işdən azad olunub. 

Qaynar.info xəbər verir ki, bu barədə bizimxeber.az saytı məlumat yayıb. 

Məlumata görə, Novruz Dəmirov iki gündür işdən çıxarılıb. Onun  bir  neçə ay əvvəl  bir orta- ixtisas təhsilli xanımdan 15 000 manat alaraq müəllim kimi işə götürməsi iddia olunur. 

Bildirilir ki, komissiya gimnaziyada yoxlamanı davam etdirir.

Qeyd olunur ki, ötən il Hesablama Palatası Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında  300000 manat yeyinti faktı aşkarlayıb.  

Qaynar.info