Xəbər lenti

Misirdə 13 nəfər edam olunacaq
Ölkə16:39 11.04.2015

Misirdə 13 nəfər edam olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misir məhkəməsi "Müsəlman Qardaşları" hərəkatının 13 tərəfdarını ölüm cəzasına məhkum edib. Anspress-in məlumatına görə, onların arasında təşkilatın mənəvi lideri Məhəmməd Badi də var.
Bundan başqa, Misirdə fəaliyyətinə qadağa qoyulmuş İslam Partiyasının 37 fəalına ömürlük həbs cəzası verilib.
Məhkəmə tərəfindən 2014-cü ilin sentyabrında M.Badi ömürlük həbsə atılmışdı. Qadağan edilmiş hərəkatın lideri və üzvləri ötən ilin iyununda Qahirə Universiteti yaxınlıqda baş verən toqquşmalar zamanı zorakılığa və qətllərə təhrikçilikdə ittiham edilirlər.
Qaynar.info