Xəbər lenti

MİT və FSB-dən Qafqazla bağlı ŞOK AÇIQLAMA
Ölkə11:40 16.04.2015

MİT və FSB-dən Qafqazla bağlı ŞOK AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriya və İraqda məskunlaşan İŞİD öz qərargahını Şimali Qafqaza köçürmək istəyir. 
Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə xüsusi xidmət orqanları əldə edib. Məlumatı Rusiya Kəşfiyyat Xidməti (FSB) də təsdiqləyib.
FSB-nin sədr müavini Sergey Smirnov İŞİD-in Qafqazda özünə tərəfdarlar axtardığını bildirib. İŞİD-in NATO-nun iki güclü dövləti tərəfindən Qafqaza yönləndirildiyi qeyd edilib.
İŞİD-in Qafqazda mis əraziləri və Xəzər neftinin bölgüsü üçün törəmələrini buraya göndərdiyi vurğulanır.
Rusiya kəşfiyyat rəhbərləri İŞİD-in Şimali Qafqaza yerləşdirilməsi ilə Çinə də təsir etmək istənildiyini açıqlayıb. Qafqaz və Orta Asiyadan sonra Çinin Qərbin hədəfində olduğu xüsusi vurğulanır.
Qaynar.info