Xəbər lenti

Ümit Özat Azərbaycan klubunda?
İdman17:17 25.09.2019

Ümit Özat Azərbaycan klubunda?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son olaraq "Adana Demirspor"u çalışdıran Ümit Özat karyerasını Azərbaycanda davam etdirə bilər.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Belə ki, mütəxəssisin "Sabah"la danışıqlar apardığı bildirilir. Premyer Liqa təmsilçisi rəhbərliyinin Ümit Özatla görüş üçün İstanbulda olduğu da qeyd olunub.
Qeyd edək ki, Ümit Özat məşqçilik karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İY", "Gençlerbirliği" və "Giresunspor" kimi klublarda çalışıb.