Xəbər lenti

MMC təsisçisi saxlanıldı - Dələduzluq...
Ölkə17:52 11.04.2016

MMC təsisçisi saxlanıldı - Dələduzluq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib. 
Bu barədəQaynar.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Faktla bağlı DİN-nin  Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub.
Hazırda faktla bağlı istintaq davam etdirilir.
Qaynar.info