Xəbər lenti

MN:  "Qapanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı məlumat yalandır"
Ölkə23:47 12.09.2022

MN:  "Qapanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı məlumat yalandır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qapan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.