Dünya 20:55 29.02.2024

Moldova MDB-nin bir sıra müdafiə sazişlərinə xitam verdi

Moldova MDB çərçivəsində müdafiə və terrorla mübarizə sahəsində bir sıra sazişlərə xitam verib. 

Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.

Söhbət "Birliyə üzv dövlətlərin silahlı qüvvələrinin silah, texnika və materialla təmin edilməsi prinsipləri haqqında Saziş", "MDB-də hərbi müşahidəçi qrupları və kollektiv sülhməramlı qüvvələr haqqında Saziş"dən, "Hərbi müşahidəçilər qruplarının və kollektiv sülhməramlı qüvvələrin formalaşdırılması və yerləşdirilməsinin müvəqqəti proseduru haqqında Protokol"dan gedir. Onların hamısı MDB üzvü olan ölkələr arasında 1992-ci ildə imzalanıb.

Bundan əlavə, Moldova 2012-ci ildə bağlanmış "Terrorizm və ekstremizmlə mübarizə aparan səlahiyyətli orqanlar üçün logistika sahəsində əməkdaşlıq haqqında MDB çərçivəsində Saziş"dən də çıxıb.

Denonsasiya qərarı Moldova parlamenti qəbul edib. Müxalif kommunistlər və sosialistlər blokunun deputatları onun əleyhinə səs verib, lakin onların səsləri kifayət etməyib.

Aydın