Xəbər lenti

Moldovada diri-diri basdırılan yaşlı kişi dörd gün sonra xilas edildi
Dünya 18:20 20.05.2024

Moldovada diri-diri basdırılan yaşlı kişi dörd gün sonra xilas edildi

Moldovada polis cinayət yerində işləyərkən diri-diri basdırılan pensiyaçını xilas edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücuma məruz qalan yaşlı qadının evinə baxış keçirərkən yerin altından boğuq iniltilər eşidiblər. Polis torpaqla örtülmüş bir çuxur görüb və orada 62 yaşlı kişi döyülmüş vəziyyətdə tapılıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. O, 18 yaşlı qardaşı oğlu tərəfindən hücuma məruz qaldığını bildirib. Təqaüdçü gənclə spirtli içki qəbul edib, aralarında mübahisə yaranıb və bu zaman gənc oğlan onu döyərək, diri-diri basdırıb. Qurban dörd gün yerin altında qalıb. Hücumda şübhəli bilinən şəxs saxlanılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->