Monako kralı II Albert həyat yoldaşı Şarlindən ayrı yaşamağa başlaması barədə xəbərləri təkzib edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
İtalyan qəzetinə verdiyi müsahibədə Albert deyib ki, Şarlin həmişə onun yanındadır. Onun sözlərinə görə, bir gün əvvəl Fransanın Monakodakı yeni səfirini qəbul ediblər.
"Onun başqa yerdə, İsveçrədə yaşadığı və bizimlə ancaq rəsmi görüşlərdə görüşdüyü barədə məni incidən bütün bu söz-söhbətləri anlamıram. Bu yalandır. Biz birlikdəyik və iş bəzən bizə yalnız görüşlərlə dolu uzun günün sonunda bir-birimizi görməyə imkan verir”, deyə II Albert bildirib.
Qeyd edək ki, avqustun sinunda şahzadə Şarlinin hazırda İsveçrədə yaşadığı barədə məlumat yayılmışdı. 45 yaşlı şahzadənin II Albertlə yalnız rəsmi mərasimlər və tədbirlər üçün bir araya gəldiyi deyilirdi.
Aydın
Şərhlər