Xəbər lenti

Monteneqrodan saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verildi
Ölkə 11:23 31.10.2025

Monteneqrodan saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verildi

Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Səbinə Əliyevanın məktubuna cavab ünvanlayıb.

Bu barədə Qaynarinfo-ya Ombudsman Aparatından məlumat verilib.

Bildirilir ki, Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.

S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.







Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->