Rusiya bəzi Amerika şirkətlərinin 2025-ci ilin ikinci rübündə bazara qayıdacağını gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ nümayəndələri ilə görüşlərdən sonra Milli Rifah Fondunun rəhbəri Kirill Dmitriyev
bildirib.
Onun sözlərinə görə, geri qayıdış çətin olacaq, çünki "bir çox sahələr artıq tutulub". Bununla belə, Rusiya tərəfi 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra ölkəni tərk etmiş biznesin bir hissəsinin fəaliyyətini bərpa edəcəyini proqnozlaşdırır.
Sərt sanksiyalar tətbiq edildikdən sonra Rusiya iqtisadiyyatını yenidən istiqamətləndirib və yerli istehsalçılar beynəlxalq şirkətlərin yerini tutub. McDonald's və Caterpillar da daxil olmaqla Qərb brendləri aktivlərini aşağı qiymətlə sataraq ciddi itkilərlə üzləşib.
Dmitriyev ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff ilə danışıqlar aparıb. Onun görüşləri Rubionun Rusiya xarici işlər naziri Sergey Lavrovla rəsmi danışıqlarının bir hissəsi olmayıb.
Dmitriyevin təqdim etdiyi hesablamalara görə, Amerikanın İT və media şirkətləri Rusiyanı tərk etmələri səbəbindən 123 milyard dollar, istehlak sektoru və səhiyyə 94 milyard dollar, maliyyə sektoru isə 71 milyard dollar zərərə məruz qalıb.
Xatırladaq ki, Kreml Donald Trampın komandası ilə Rusiyanın təbii ehtiyatlarına dair bir razılaşma təklif edib.
Alpər
Şərhlər