Xəbər lenti

Moskva–Naxçıvan reysində təhlükəli səhv: sərnişin təyyarə qapısını tualet bilib
Ölkə 22:22 15.06.2026

Moskva–Naxçıvan reysində təhlükəli səhv: sərnişin təyyarə qapısını tualet bilib

Moskva–Naxçıvan aviareysi zamanı sərnişinlərdən biri uçuş əsnasında təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib.

BAKU.WS xəbər verir ki, hadisə "Utair" aviaşirkətinə məxsus təyyarədə baş verib.

Məlumata görə, layner Xəzər dənizi üzərində 11 min metr yüksəklikdə olarkən sərnişin təyyarənin qapısını daxildən açmağa cəhd edib. Daha sonra onun tualeti axtardığı məlum olub.

Bələdçilər siqnal səsini eşidərək dərhal müdaxilə edib və vəziyyətin qarşısını alıblar. Hadisədən sonra uçuş normal qaydada davam etdirilib.

Lakin əlverişsiz hava şəraiti səbəbindən təyyarə Naxçıvanda deyil, Gəncə hava limanında eniş edib.
--> -->