Xəbər lenti

"Moskva" seriyasından ilk metro qatarı Bakıya yola salındı
Ölkə18:21 21.03.2018

"Moskva" seriyasından ilk metro qatarı Bakıya yola salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyəti Azərbaycana "Moskva" seriyasından ilk metro qatarını yola salıb.
Qaynarinfo xəbər verir ki,  bu barədə Səhmdar Cəmiyyətinin yaydığı məlumatda deyilir.
Rusiyanın"Transmaşholdinq"in tərkibinə olan ASC "Metrovaqonmaş" şirkətinin Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb.
İkinci qatarın bu ilin aprel ayında Bakıya çatdırılması nəzərdə tutulur. Vaqonların istismar müddəti 31 ildir.