Xəbər lenti

Moskvada Azərbaycanın nar bayramı qeyd edilib
Ölkə09:49 07.10.2018

Moskvada Azərbaycanın nar bayramı qeyd edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.
Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, tədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.
Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.
İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.
Sirk ustaları və sehrbazların iştirakı isə tədbiri daha da maraqlı edib.
Qeyd edək ki, Azərbaycanda hər il nar festivalı keçirilir.