
Azərbaycan və Orta Asiyadan olan miqrantlar paytaxt restoranlarından birində qalırlarmış
Moskva polisi paytaxt restoranlarından birində yaşayan 8 miqrantı saxlayıb. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, miqrantların əslən Orta Asiya və Azərbaycandan olduqları bildirilib. Moskva polisinin aprdığı araşdırmalar zamanı Rublevo qəsəbəsində yerləşən bu restoranda 19 yataqdan ibarət miqrantların məskunlaşdığı yer aşkarlanıb. Daha bir neçə miqrantın da burada yaşadığı ehtimal olunur. Məhkəmə saxlanılan miqrantlardan 4-ü barəsində ölkədən çıxarılması qərarını verib.
Qeyd edək ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun bazar günü qətlə yetirilməsi ölkədə kütləvi iğtişaşlara səbəb olub.
Rusiyanın Qərbi Biryulevo bölgəsində baş verən hadisələrdən sonra miqrantlara qarşı nəzarət gücləndirilib.
Qaynar.info