Xəbər lenti

Moskvada azərbaycanlıların daha bir bazarı bağlanır
Ölkə14:34 30.10.2013

Moskvada azərbaycanlıların daha bir bazarı bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Orxan Zeynalov tək Şerbakovu öldürmədi, o bizim hamımızı öldürdü”.

Dünən Moskvada azərbaycanlıların çalışdığı daha bir bazar bağlanıb.

“Butova” bazarında işləyən azərbaycanlılar “Orxan Zeynalov tək Şerbakovu öldürmədi, o bizim hamımızı öldürdü” deyə hadisəyə münasibət bildiriblər.

Qaynar.info modern.az-a istinadən xəbər verir ki, adı çəkilən bazarın bağlanması nəticəsində 200-ə yaxın azərbaycanlı işsiz qalıb.

Ticarət obyektinin  bağlanma səbəbini bazarın yerində yeni ticarət mərkəzinin tikiləcəyilə izah ediblər. Bazarda işləyən azərbaycanlılar isə buna inanmadıqlarını deyiblər.

Butova bazarı bağlanandan sonra işsiz qalan Namaz Qədirov Modern.az-a deyib ki, bu, artıq 4-cü ticarət obyektidir ki, əsassız səbəb göstərilərək qapadılır və sonucu da bəllidi – yüzlərlə azərbaycanlı işsiz qalır:

“Heç olmasa bizi aldatmasınlar, bilək ki, əlimizdəki mallarla neyləyək”.

Hazırda bazarda işləyən həmyerlilərimiz satıqları malları ticarət obyektindən daşımaqla məşğuldular...

Qaynar.info