Xəbər lenti

Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava (VİDEO)
Ölkə06:23 15.02.2019

Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvadakı kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib. 
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə 5-tv.ru portalı məlumat yayıb.
Hadisəyə çeçen gəncin mübahisə zamanı azərbaycanlını təhqir etməsi səbəb olub.
Daha sonra azərbaycanlının dostları həmin şəxsi taparaq, döyüblər. Şahidlərdən birinin sözlərinə görə, kütləvi dava da bu hadisənin davamı olub. 
O bildirib ki, 100 nəfərdən ibarət çeçen qrup azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit” kafesinə gələrək qadınlardan restoranı tərk etməsini istəyiblər, daha sonra dava başlayıb. Hadisə zamanı travmatik tapançadan istifadə edilib. İnsident nəticəsində 10 nəfər xəsarət alıb. Y.Əliyevin avtomobili yararsız vəziyyətə salınıb. 
Polis insidentin 20 iştirakçısını həbs edib.