Çoxsaylı bıçaq zərbələri nəticəsində vəfat edən həmyerlimizin meyiti tərəvəz bazasında tapılıb
Moskvanın cənubunda tərəvəz bazasında çoxsaylı bıçaq zərbələri ilə kəsilmiş meyit tapılıb. Rusiya mətbuatının verdiyi məlumata görə, naməlum cəsəd bu gecə aşkar edilib. İlkin məlumata görə, ölən şəxs azərbaycanlıdır.
Saat 22:36 növbətçi hissəyə 6 nömrəli tərəvəz bazası ərazisində yaralı kişi tapılması haqqında məlumat daxil olub. Zərərçəkən azərbaycanlı polis hadisə yerinə çatana qədər keçinib. Azərbaycanlının məişət zəminində qətlə yetirildiyi bildirilib.
Başqa bir məlumata görə, meyit “Varşavskaya” metro stansiyasının yanında tapılıb.
Hadisə yerində istintaq qrupu işləyir. /ans press/