Özbəkistanlı miqrantın cəsədi üzərində 20 bıçaq yarası aşkar edilib
Rusiya Federasiyasının paytaxtı Moskvada amansızcasına öldürülən 29 yaşlı Özbəkistan vətəndaşının cəsədi tapılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölünün üzərində 20 bıçaq yarası aşkar edilib. Miqrantın meyidi ötən gün gecə saatlarında tapılıb. Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir. Hüquq-mühafizə orqanlar haisəni yerli millətçilərin etdiyi ehtimalını araşdırırlar.