XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Moskvada prezidentin helikopteri qəzaya uğradı, xəsarət alanlar var
Dünya12:28 27.01.2023

Moskvada prezidentin helikopteri qəzaya uğradı, xəsarət alanlar var

Rusiya Federasiyası Prezidentinin Administrasiyasına tabe olan "Rusiya” xüsusi uçuş dəstəsinin Mi-8 helikopteri Moskvanın "Vnukovo” hava limanında qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks"  məlumat yayıb.
"Vnukovoda eniş zamanı Mi-8 helikopteri pərləri ilə yerə çırpılıb və zədələnib. İlkin məlumatlara görə, yaralananlar var", - xəbərdə deyilir.
Vertolyotun "Rusiya” xüsusi uçuş heyətinin bir hissəsi olduğu bildirilir.
Qəzaya səbəb kimi pilotların səhvi göstərilir.
Alpər